Bu bardədə T.Abbaslı özü bildirib.
“Mən 2000-ci ildən Müsavat Partiyasının üzvüyəm. Üzv olduğum 16 il ərzində partiya strukturunun müxtəlif vəzifələrində Müsavat və müsavatçılıq ideologiyası uğrunda layiqincə xidmət göstərdiyimi düşünürəm. Biz ailəlikcə müsavatçı olmuşuq. Hər zaman müsavatçılıq ideologiyasının ölkəmizdə qalib ideologiya olacağına, mövcud durumu dəyişərək demokratik cəmiyyət quracağına inanmışıq.
Təəssüf ki, bu inancımız Müsavat Partiyasının son qurultayından sonra sarsılmağa başladı. Qurultaydan sonra partiyada aparılan siyasətin, müsavatçılıq ideologiyası ilə üst-üstə düşmədiyi, partiyadaxili mühitin müsbətə doğru dəyişdirilməsi üçün lazımi istək və iradənin olmadığının qənaətinə gəldim. Enerjimin daxili çəkişmələrə və intriqalara sərf etməyin faydasız olduğunu düşünərək, partiya ilə yolumu ayırmaq qərarına gəldim. Həqiqi müsavatçılara gələcək mübarizələrdə uğurlar arzulayaraq, Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm!”,- deyə T.Abbaslı mətbuata təqdim etdiyi bəyanatda qeyd edib.
Tural Abbaslı Müsavatın 2014-cü ildə keçirilmiş qurultayında başqanlığa namizəd olmuşdu. Daha sonra o, “Ağ blok” adlı siyasi təşkilat yaratdığını bəyan etmişdi.
İnterpress.az