Parkda mərmi tapılıbbackend

Parkda mərmi tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Modern.az saytına verilən məlumata görə, mayın 5-də Tərtər, Ağcabədi, Goranboy və Füzuli rayonlarında partlamamış hərbi sursatların (PHS) aşkarlanması üzrə əməliyyatlar davam etdirilib. Agentlik tərəfindən 7 ev, 2 əkin sahəsi, 10 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək götürülüb, 26 730 kv. m ərazi təmizlənib.

Məlumata görə, PQ-7 mərmisi DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı əsasında Goranboy rayonunun Yolqullar kəndində parkın ərazisində aşkarlanıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 5 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 426 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir. (modern.az)

İnterpress.az