Azərbaycan ordusu 2 erməni hərbçini məhv etdibackend

Azərbaycan ordusu 2 erməni hərbçini məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə hraparak.am saytı (\”Qraparak\” qəzetinin saytı) yazır.

Blindajda ölən erməni hərbçilər Koryun Arutyunyan və İqor Akopyandır. Akopyan Ermənistanın Geqarkunik vilayətinin Getaşen kəndindəndir. Kənd administrasiyasının rəhbəri Rubik Qukasyan bildirib ki, 19 yaşlı Akopyan mayın 3-də ölüb. Müdafiə Nazirliyi əsgərin \”blindajın uçması nəticəsində öldüyünü\” valideynlərinə çatdırıb. İnsident Qarabağdakı erməni mövqelərindən birində baş verib.

Blindajda ölən digər əsgər, 19 yaşlı Koryun Arutyunyan isə Geqarkunik vilayətinin Qeqamsar kəndindən hərbi xidmətə çağırılıb, Azərbaycanın işğal altındakı ərazilərinə göndərilib. Kənddə danışırlar ki, blindaj Azərbaycan ordusunun endirdiyi zərbə nəticəsində uçub, bu vaxt blindajda 4 əsgər olub. Onlardan qalan ikisi yüngül zədə alıb.

Ermənistan Müdafiə Nazirliyi bu insident barədə susub. Mayın 4-də Ermənistanın İstintaq Komitəsi insident barədə aşağıdakı qısa məlumatı yayıb:\”Mayın 3-də, gecə yarısına yaxın N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçular İqor Akopyanın və Koryun Arutyunyanın cəsədləri tapılıb. Vizual baxış zamanı onların cəsədi üzərində güllə, qəlpə yaraları, zorakılıq əlamətləri aşkar edilməyib. İnsidentlə bağlı təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir\”.

Qeyd edək ki, son günlər düşmən intensiv olaraq cəbhəboyu mövqelərimizi atəşə tutsalar da, ordumuz düşməni cavab atəşi ilə itki verərək geri çəkilməyə məcbur edir.

Xatırladaq ki, dünən həmin bu iki əsgərin döyülərək öldürüldüyü barədə xəbər yayılmışdı.(virtual)

İnterpress.az