Şimalda vəhhabi təhlükəsinin arxasındakı güc-VİDEObackend

Şimalda vəhhabi təhlükəsinin arxasındakı güc-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür Zaqatalada vəhhabilərin törətdiyi əməllər və onlara qarşı müvafiq orqanlar tərəfindən aparılan əməliyyatlar ölkənin gündəmində yer almaqdadır. Yayılan rəsmi məlumatlara görə, son aylarda şimal rayonlarında və xüsusilə də Zaqatalada vəhhabilərin cinayət əməlləri artıb.

Xatırladaq ki, mayın 1-də Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib. Nəticədə polis kapitanı qəlpə yaraları alıb. Doğrudur, rəsmi mənbələr bu partlayışın məhz vəhhabilər tərəfindən törətdildiyini bildirməsələr də partlayışdan sonra, Zaqatalada vəhhabilərə qarşı geniş miqyaslı əməliyyat başlayıb və bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl danışıb. O bildirib ki, müxtəlif zamanlarda Azərbaycanda bu dini cərəyanın nümayəndələri aktivləşirlər:
“Miqyası böyük olmasa da hər halda hiss olunur ki, bu məsələ nəzarətdə saxlanılır. Hesab edirəm ki, bu kimi aktivləşmələr Azərbaycanı hər hansı bir oyuna qoşmaq anlamını daşımır. Vəhhabilərin indiki haldakı gücü o səviyyədə deyil. Əhali sarıdan da onların tərəf qazanması mümkün deyil. Hazırda Azərbaycan əhalisinin demək olar ki, hamısı cəbhəyə fokuslanıb. Hətta iqtisadi baxımdan nə qədər gərgin günlər yaşasaq da, cəbhədən gələn informasiyalar cəmiyyət üçün daha öndədir. Belə bir məqamda qeyd etdiyim kimi vəhhabilərin hər hansı bir aksiyaları Azərbaycanı oyuna qata bilməz. Ancaq bütün hallarda onlar nəzarətdə saxlanılmalıdır. Din, ideologiya məsələsi həssas mövzudur. Bunu başdı-başına buraxan zaman fəsadlar da çox olur”.

Şimalda vəhhabi təhlükəsinin arxasındakı güc-VİDEO

Ekspert həmçinin qeyd edib ki, cəbhədə vəziyyətin gərgin olduğu dönəmdə daxildə də iğtişaşlara cəhdlər ola bilər:
“Bir məsələ də var ki, Azərbaycan onsuz da Qarabağ münaqişəsi fonunda geopolitik oyundadır. Cəbhədə gərginlik fonunda daxildə əsasən radikal dindarların və etnik qrupların separatçılıq fəaliyyətləri hiss olunur. Bu, aprel hadisələrindən əvvəl də var idi, sonra da var. Düşmən daxildə də bu kimi hadisələrlə Azərbaycan dövlətinin fikrini yayındırmaq istəyir. Ancaq bunun miqyası böyük deyil. Hər halda hesab edirəm ki, bu, basdırılmış “mina\”lardır və yeri gəldiyində istifadə olunur. Ancaq Azərbaycan dövləti hər şeyi nəzarətdə saxlayır”.

İ. İsmayıl radikal dindarlara xarici qüvvənin təsiri ilə bağlı aşağıdakıları bildirib:
“Vəhhabi məsələsində bir başa Rusiyanı günahlandırmaq olmaz. Rusiyanın Azərbaycana təzyiq etmək üçün o qədər riçaqları var ki, indiki halda vəhhabi məsələsi onların əlində güclü silah deyil”.

Ekspert bildirib ki, son zamanlar Azərbaycanda dini radikal qüvvələrin fəaliyyətində aktivləşmə müşahidə olunmur:
“Hələ ki passivləşmə gedir. Son zamanlar hətta Suriyaya meyl göstərənlər də, demək olar ki, yox səviyyəsindədir. Ona görə də hesab edirəm ki, indiki halda radikal dindarların aktivləşmə dövrü deyil”. (yeni müsavat)

İnterpress.azhttps://youtube.com/watch?v=-w-p3ZIvumEhttps://youtube.com/watch?v=TIWEduBo5eU