Dünyanın ən böyük məscidləri – MARAQLIbackend

Dünyanın ən böyük məscidləri – MARAQLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsrlər boyu insanlar ən gözəlini yaradanın adına ucaltmağa çalışblar. Elə ona ngörədir ki, dünyanın hər tərəfində ucalan məcsidlərin incəliyinə, ecazkarlığına baxmaqla doymaq olmur.
İndi sizə dünyanın ən böyük məscidlərini təqdim edəcəyik:

Dünyanın ən böyük məscidləri - MARAQLI

1. Dünyanın ən böyük məscidi Məkkədə yerləşən Qapalı məscid yaxud Məscid Əl-Haram kompleksidir. Məscid 4 milyona qədər zəvvarı qəbul etmək imkanına malikdir. Qapalı məscidin həyətində İslam aləminin ən müqəddəs qibləgahı olan Kəbə daşı yerləşir. Məscid 638-ci ildə inşa olunub.

Dünyanın ən böyük məscidləri - MARAQLI

2. Dünyada ən böyük ikinci məscid kompleksi isə yenə Səudiyyə Ərəbistanının digər müqəddəs şəhəri Mədinədə yerləşən Peyğəmbər məscidi, yaxud Məscid-Əl Nabavi kompleksidir. Burada 1 milyon zəvvar eyni zamanda dini ayinlərini icra edə bilər. Bu məscid isə eramızın 622-ci ilində peyğəmbərin Mədinədəki evinin yaxınlığında inşa olunub. Yaşıl rəngə çalan 11 minarəsinin hər biri 108 metr uzunluğundadır.

Dünyanın ən böyük məscidləri - MARAQLI

3. İslam aləminin ən böyük üçüncü dini ibadətgahı İmam Rza məscididir. Yeddinci şiə imamı Rzanın vəfat etdiyi yerdə inşa edilən məscid 700 mindən artıq insanı qəbul edə bilər. Məscid 818-ci ildə Məşhəd şəhərində tikilib.

Dünyanın ən böyük məscidləri - MARAQLI

4. İndoneziyadakı Müstəqillik Məscidi isə ən böyük növbəti İslam məbədidir. Prezident Sukarnonun iştirakı ilə tikintisi başlayan məscid 17 ilə inşa edilib. Məscid 1978-ci ildə diktator Suxarto tərəfindən təntənəli şəkildə açılıb. Burada eyni vaxtda 150 mindən artıq insan yerləşə bilər.

Dünyanın ən böyük məscidləri - MARAQLI

5. İkinci Həsənin Məscidi isə ən böyük 5-ci məscid sayılır. Mərakeşdə 1986-1989-cu illərdə tikilən dini mərkəz 120 mini zəvvarı qəbul edə bilir. Məscidin yeganə minarəsinin hündürlüyü 201 metrdir. İkinci Həsən Məscidinin tikintisinə 105 milyon dollar xərclənib.