Lotun Qulinin bacısı: “Ərimi tutub barmaqlarını sındırıblar”backend

Lotun Qulinin bacısı: “Ərimi tutub barmaqlarını sındırıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saxlanılan şəxsin həyat yoldaşı Leyla Hüseynova açıqlamasında ərinin günahsız olduğunu, onun həbsinin əsl səbəbinin qardaşı Nadir Səlifova (Lotu Quliyə) qarşı ifadə almaq istəmələri ilə bağlı olduğunu iddia edir.

“Həyat yoldaşım aprelin 30-da polislər tərəfindən saxlanılması barədə mənə mesaj yazdı, sonra əlaqə kəsildi. Bundan sonra Vidadidən xəbər tuta bilmədim. Axşamtərəfi ərimin iş yoldaşları onu Sabunçu Rayon Polis İdarəsində tapıblar. Polislər deyiblər ki, guya saxlanılarkən Vidadinin üstündən heroin tapıblar. Bu cəfəngiyyatdır. Mənim yoldaşım çox inanclı adamdır, nümunəvi ailə başçısıdır”, – deyə Leyla Hüseynova bildirib.

Onun sözlərinə görə, Vidadi Huseynovu artıq altı gündür qeyri-qanuni olaraq Sabunçu Rayon Polis İdarəsində saxlayırlar: “Həyat yoldaşımın iki vəkili var. Onlardan biri hamınını tanıdığı Kamandar Nəsibovdur. Vəkilləri Vidadi ilə bu gün görüşərkən onu tanımayıblar. Vidadiyə işgəncə veriblər, barmaqlarını sındırıblar. Qardaşım Nadir Səlifova böhtan atmağı tələb ediblər. Mən bilirəm, bu cinayətlərin arxasında kim dayanır. İstəyirəm həmin şəxslər bilsinlər: mən bu işi Avropa məhkəməsinə qədər aparacağam”.

L.Hüseynovanın sözlərinə görə, onların ailəsinə və yaxınlarına hücumların arxasında yalnız bir məqsəd dayanır – Nadir Səlifova böhtan atmaq.(Virtualaz.org)

İnterpress.az