ABŞ səfiri böyük sülh sazişi haqdabackend

ABŞ səfiri böyük sülh sazişi haqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

Səfir deyib: \”Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərlə (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi) danışıqlar aparırlar ki, böyük sülh sazişi üzərində işə başlasın.

Hesab edirəm ki, indiki mərhələdə atəşkəsə əməl olunması, vəziyyəti daha gərgin edə biləcək addımlardan imtina və eyni zamanda, böyük sülh sazişi üzərində birgə iş çox vacibdir\”.

Onun sözlərinə görə, bu vəziyyət dövlət katibi Con Kerrinin diqqət mərkəzindədir: \”Eyni zamanda, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik gərginliyin azaldılması və sülh sazişinə nail olmaq üçün səylərini əsirgəmir. Hesab edirəm ki, hamı hazırda məhz bu istiqamətdə səy göstərməlidir\”.(virtual)

İnterpress.az