Putin Bakıda kosmonavta hansı mesajı göndərdi?backend

Putin Bakıda kosmonavta hansı mesajı göndərdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu əhvalat haqda Britaniya mediası yazır. İndi kosmosdan, Beynəlxalq Kosmik Stansiyanın illuminatorlarından füsunkar mənzərələr çəkib Yerə göndərən kosmonavt Tim Pik Böyük Britaniya ilə Rusiya arasında münasibətlərin kəskinləşməsinə görə Yerə qayıda bilməyəcəyindən qorxurmuş.

Putin Bakıda kosmonavta hansı mesajı göndərdi?

Məsələ ondadır ki, Tim Payk Beynəlxalq Kosmik Stansiyaya Rusiyanın “Soyuz” raketi ilə uçub. Hazırda bu raket kosmonavtlar stansiyaya daşımaq üçün yeganə etibarlı nəqliyyat vasitəsidir. Və britaniyalı kosmonavt qorxub ki, Londonla Moskva arasında münasibətlərin pisləşməsinə görə prezident Putin onu Yerə qaytarmaq üçün raket ayırmayacaq.

Kosmonavtın narahatlıqlarını Britaniya xarici işlər nazirinin müavini Tobias Ellvud Vestministerdə Qərb-Şərq münasibətlərinə dair çıxışında dilə gətirib. “Mənim bir dostum Rusiya nəqliyyatından istifadə edib və o, beynəlxalq hadisələri,Qərb-Şərq münasibətlərini narahatlıqla izləyirdi. Qorxurdu ki, bu münasibətlərin pisləşməsi üzündən geri qayıda bilməyəcək”-nazir müavini deyib. “Mənim həmin dostumun adı Tim Pikdir”-Ellvud əlavə edib və aydın səmada şimşək effekti verən etirafını dilə gətirib: “O, Beynəlxalq Kosmik Stansiyaya uçmaq üçün Rusiyanın “Soyuz” kosmik kapsulundan istifadə edib və orada ilişib qalmaq istəmirdi”.

Putin Bakıda kosmonavta hansı mesajı göndərdi?

Tobias Ellvud bu narahatlığı Bakıda Avropa Oyunlarının açılışı mərasimi zamanı Rusiya prezidenti Vladimir Putinə çatdırdığını deyib. “Cənab Putin mənim əlimdən tutub dedi: cənab Ellvud, cənab Pike çatdırın ki, biz onu Yerə qaytarmaqdan imtina etməyəcəyik”-britaniyalı nazir müavini bildirib.(virtual)

İnterpress.az