Ərdoğandan Davudoğlunun istefasına REAKSİYA: “Zərər verə bilərdi”backend

Ərdoğandan Davudoğlunun istefasına REAKSİYA: “Zərər verə bilərdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Davudoğlunun qərarına münasibət bildirib.

“Baş nazirlə aparılan danışıqlardan sonra o, AKP-nin fövqəladə qurultayını çağıracağını bildirdi. Mən də “xeyirli olsun” dedim. Necə ki, bu vəzifəni ona təhvil verdim, o da başqasına verər. Bu prosesin uzanması zərər verə bilərdi”-deyə qeyd edib. Türkiyə rəhbəri ölkədəki idarəçilik üsulunun qənaətbəxş olmadığını da vurğulayıb.

“Mən öz partiyama (AKP) üzv ola bilmirəm. Partiya ilə əlaqələrim kəsilib. Bu doğru deyil\”.

Qeyd edək ki, may ayının 22-də AKP-nin növbədənkənar qurultayı keçiriləcək. Davudoğlu qurultayda partiya sədrliyinə namizədliyini verməyəcəyini bəyan edib. Bununla da o, avtomatik olaraq baş nazir vəzifəsindən getmiş sayılır.

İnterpress.az