Meşədə azyaşlıya təcavüz edənə ağır cəzabackend

Meşədə azyaşlıya təcavüz edənə ağır cəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Şəmkir rayonun Yeniabad kəndində baş verib. Telman Fətəliyev Sadiq Verdiyevi (ad və soyad şərti verilib) aldadaraq meşə sahəsinə aparıb. Orada Telman azyaşlı oğlana qarşı əxlaqsız hərəkətlər edib və daha sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan sonra Telman Sadiqə hərəkətləri barədə heç kimə deməməyi tapşırıb. Əks halda o, azyaşlını öldürməklə hədələyib. Bundan sonra Telman Sadiqə qarşı bir neçə dəfə seksual xarakterli hərəkətlər edib. Hər dəfə Sadiq buna etiraz etsə də, Telman onu döyüb, öldürməklə hədələyib. Sonda Sadiq Telmanın hərəkətləri barədə valideyinlərinə deyib. Sadiqin valideynləri hüquq-mühafizə orqanlarına etdikləri şikayətdən sonra Telman Fətəliyev həbs edilib. Telman Fətəliyevə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 221.3, 221.2.1-ci (xuliqanlıq) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə baxan hakim kollegiyası təqsirləndirilən şəxsin törətdiyi əməli sübuta yetirib. Məhkəmənin hökmü ilə Telman Fətəliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.(Teleqraf.com)

İnterpress.az