“Davudoğlu başqa formada qayıdacaq…”backend

“Davudoğlu başqa formada qayıdacaq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Fazil Mustafa Əhməd Davudoğlunun partiya sədrliyi və baş nazirlikdən getməsi barədə qərarına müasibət bildirərkən belə deyib.

Deputat bildirib ki, Davudoğlunun siyasi meydandan çəkilməsi hələ onun tamamilə getməsi demək deyil:

“Amma təbii ki, Davudoğlu böyük siyasətə başqa formada qayıdacaq. Gələcəkdə Davudoğlu AK partiyada yenidən vəzifə ala bilər. Çünki o, Türkiyənin bacarıqlı və səriştəli dövlət adamıdır. Davudoğlunun bu addımı sadəcə olaraq indiki vəziyyətdə yaranmış siyasi gərginliyi sakitləşdirmək xarakteri daşıyır.

Amma Davudoğlunun bu formada kənara çəkilməsi onunla bağlı ola bilər ki, demək istəyir “sizlərlə razılaşmıram, amma etiraz da etmirəm və ona görə də oyundan çıxıram”.

Prezident Rəcəb Tayyib Ərdoğanın bu addımı Türkiyənin daxili parçalanmasının qarşısını alacaq. Rusiya ilə münasibtələrdə Ərdoğanın mövqeyi daha sərt şəkildə özünü göstərir, nəinki Davudoğlunun. Yəni indiki siyasi qərarların Rusiya ilə əlaqəsi ola bilməz.

Davudoğlu miqyasında bu işi götürə biləcək siyasətçilər var. Amma Davudoğlu son illərin yetişdirdiyi böyük simalardan biridir. Bu baxımdan onun yerinə kim gələcəksə, onun işini bacaracağına inanmıram.
Təbii ki, Türkiyənin daxili işlərinə heç kim qarışa bilməz. Ona görə də AKP sədrliyinə və baş nazir seçiminə xaricdən hansısa kənar müdaxilələrin olduğunu düşünmürəm”.

Qeyd edək ki, dünən Baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə AKP-nin iclası keçirilib. Partiyanın iclasından sonra Davudoğlu şifahi olaraq istefa verdiyini bildirib.

AKP-nin növbəti qurultayında Əhməd Davudoğlu partiya sədrliyinə namizədliyini verməyəcək. Beləliklə də o, Baş nazirlikdən də getməli olacaq. İclasda qurultayın mayın 22-də keçirilməsi barədə qərar qəbul edilib.

Türkiyə mətbuatında Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

AKP-nin mayın 22-də keçiriləcək qurultayına münasibət bildirən Ərdoğan “fövqəladə qurultayın keçirilməsi Baş nazirin öz qərarıdır, xeyirli olsun” deyə münasibət bildirib.(modern)

İnterpress.az