Rusiyadan Dağlıq Qarabağın statusu barədə BƏYANATbackend

Rusiyadan Dağlıq Qarabağın statusu barədə BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib: \”ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin 2009-2013-cü illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə verdikləri bəyanatlarda münaqişənin nizamlanması prinsipləri arasında qeyd edilir ki, Dağlıq Qarabağın statusu bu region xalqının mütləq hüquqi cəhətdən iradə bildirməsi əsasında müəyyənləşdirilməlidir. Rusiya bu məqsədin reallaşdırılmasında bütün zəruri köməyi göstərməyə hazırdır\”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Madrid prinsiplərində Dağlıq Qarabağın statusu ilə bağlı təxirə salınmış referenduma dair bənd var.

Sözügedən bənddə göstərilir ki, referendumda öz qanuni torpaqlarına qaytarılmış azərbaycanlı qaçqınlar və erməni təcavüzü nəticəsində evlərini tərk edən daxili köçkünlər səs verməlidirlər.(trend)

İnterpress.az