8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldübackend

8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azyaşlı bədbəxt hadisənin qurbanı olub. Hadisə mayın 3-nə keçən gecə Tatarıstanın Alabuqa şəhərində baş verib. Hər şey qonşuların gözü qarşısında olub. 8 yaşlı oğlan ehtiyyatsızlıqdan oyun meydançasında yıxılaraq zədə alıb. Anası uşağı dərhal xəstəxanaya çatdırıb. Burada həkim-travmatoloq ona “sol çiyin sümüyünün yerdəyişmə ilə sınığı” diaqnozu qoyub. Sonra həkim-anestezioloq xəstəyə daxili anesteziya edərək, sümüyü yerinə oturtub və uşağı reanimasiya şöbəsinə göndərib. Burada isə oğlanın halı pisləşib və gecəyarısından sonra keçinib.

“Tatar-inform” müxbirinin bildirdiyinə görə, uşağa anesteziyanın tətbiq edilməsində çətinliklər yaşanıb. Bununla da oğlanın halı pisləşib. Faktla bağlı Alabuqa İstintaq İdarəsində cinayət işi açılıb. İşlə bağlı daha ətraflı məlumat əldə edilməsi üçün işlər görülür. Şahidlər dindirilir, məhkəmə tibbi-ekspertizası və kimya-toksikoloji ekspertizası təyin olunub. İstintaq davam edir. ( anspress.com )

İnterpress.az