Putin təcili Bakıya gəlir – SƏBƏB?backend

Putin təcili Bakıya gəlir – SƏBƏB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hakimiyyətinə yaxın mənbədən Virtualaz.org-a verilən məlumata görə, Vladimir Putinin Bakıya səfəri ən yaxın zamanda baş tuta bilər. Bundan savayı, Rusiya prezidentinin təyyarəsinin Bakıya səfərə hazırlanması barədə göstəriş də verilib.

Bakıya səfərə gözlənilməz hazırlıq Rusiya prezidentinin hansısa təcili missiyasından xəbər verir.

Bununla birgə, mənbə əlavə edir ki, yekun qərar Vladimir Putinin həm Azərbaycan hakimiyyəti, həm də Ermənistan iqtidarı ilə məsləhətləşmələrindən sonra veriləcək.

İnterpress.az