“Dayanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” mövzusunda III Respublika konfrans keçirilibbackend

“Dayanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” mövzusunda III Respublika konfrans keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Akademiyadan verilən məlumata görə, plenar iclas Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən gələn qonaqların, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə baş tutub. Konfransda respublikanın 15 ali təhsil müəssisəsi və 1 elmi tədqiqat institutundan 148 tələbə məruzə ilə çıxış edib.
Tədbiri akademiyanın rektoru sosiologiya elmləri doktoru, professor Hüseyn Qaraşov açaraq, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində qoyduğu dərin izdən, vətənpərvərlik ideologiyasından, onun gənclərə qayğısından və inkaredilməz xidmətlərindən söz açıb.

H.Qaraşov vurğulayıb ki, bu gün müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə çalışan çox istedadlı və geniş dünya görüşünə malik gənclər var.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri “Dayanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” adlı məruzəni konfrans iştirakçılarına təqdim ediblər.

Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib.

Konfrans müxtəlif bölmələr üzrə yekunlaşdıqdan sonra, dinlənilən məruzələr münsiflər heyəti tərəfindən qiymətləndirilərək, hər bölmə üzrə ən yaxşı üç məruzəçi mükafatlandırılıb və təltif olunub.

İnterpress.az