Təbriz Universiteti tərəfindən təşkil olunan elmi-praktiki konfransda İran və Azərbaycandan bir sıra ictimai-siyasi xadimlər, elm nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin üzvü Tahir Kərimli iştirak edib.
Konfransda Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi də çıxış edib. Rektor Qarabağın Azərbaycan torpağı olduğunu deyib: “Biz ali dini liderimizin sözlərini rəhbər tutaraq din qardaşlarımıza yardım etməliyik”.
Konfransda, həmçinin Qarabağ şəhidləri haqqında kitabın təqdimatı olub.
İnterpress.az