Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, ilk iki sinaq günündə 8 avtobus xəttə buraxılacaq, üçüncü gündə artıq normal rejimdə işə başlayacaq.
Avtobusların gediş istiqaməti belə olacaq: Təkrar Metal Zavodu (Çermet) – Keşlə bazarı – N. Nərimanov m/s – Gənclik m/s – Tibb Universiteti – Heydər Əliyev Sarayı – Sahil metrosu – Azneft meydanı – Səbayıl meydanı – Su İdman Mərkəzi.
Nuridə Allahyarovanın sözlərinə görə, qayıdış istiqaməti isə belə olacaq: Su İdman Mərkəzi – Səbayıl meydanı – Azneft meydanı – Mərkəzi Bank – Koroğlu parkı – Gənclik m/s – N. Nərimanov m/s – Keşlə bazarı – Təkrar Metal Zavodu (Çermet).
İnterpress.az