APA-nın məlumatına görə, İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindən seçilən parlament üzvü Məhəmmədəli Hüseynzadə bu gün səhər Zəncan-Qəzvin magistral yolunda qəzaya düşüb.
Hadisə zamanı onun avtomobildə olan övladları və həyat yoldaşı xəsarət alıblar. Hadisəyə sürücünün yuxulu olması, yol kənarındakı təpələrə çırpılan avtomobili aşırması olub. Məhəmmədəli Hüseynzadə 10-cu dövr İran İslam Şura Məclisinə 50 min 980 səs toplamaqla seçilib.
M.Hüseynzadə parlamentə yeni seçilmiş nümayəndələrin prezident Həsən Ruhani ilə görüşündə iştirak etmək üçün Tehrana səfər edirmiş.
İnterpress.az