ANAMA-dan Modern.az saytına verilən məlumata görə, bu gün də xeyli partlamamış hərbi sursat aşkarlanıb:
Tərtər rayonu
Qarağacı kəndi – 2 ev və icra nümayəndəliyinin həyətyanı sahələrində 10 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilib, mərkəzi məhvetmə ərazisinə daşınıb, gün ərzində 18.100 kv. m ərazi yoxlanılıb.
Qazyan kəndi – 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 12 500 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.
Qaynaq kəndi – 1 həyatyanı sahəyə baxış keçrilmiş, 5 000 kv. m ərazi yoxlanılıb, 1 şübhəli obyekt aşkarlanıb, obyektin dərində olduğunu və iş gününün sona çatdığını nəzərə alaraq ərazi işarələnib. Ərazidə əməliyyat növbəti gün davam etdiriləcəkdir. (FHN-nin Böhran Vәziyyәtlәrindә İdarәetmә mәrkәzinin mәlumatı)
Cəmi: Gün ərzində 4 ev və icra nümayəndəliyinin həyətyanı sahələri də daxil olmaqla 14 partlayış yerinə baxış keçrilib, 35 600 kv. m ərazi yoxlanılıb, 1 ədəd 122 mm-lik top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınmış, 1 sübhəli obyekt isə işarələnib.
Füzuli rayonu
Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 410 kv. m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 410 kv. m ərazi təmizlənib.
Goranboy rayonu.
Tapqaraqoyunlu kəndi – 1 həyətyanı sahəyə və 2 partlayış çalasına baxış keçrilib, tam partlamış top mərmisinin qalıqları aşkar edilib, 1 100 kv. m ərazi təmizlənib.
Cəmi: 1 həyətyanı sahə və 2 partlayış çalasına baxış keçirilib, 1100 kv. m ərazi təmizlənib, PHS aşkar olunmayıb.
8 May tarixində 5 ev və icra nümayəndəliyinin həyatyanı sahə, 2 otlaq sahəsi daxil olmaqla 18 partlayış yerinə baxış keçirilib, 1 ədəd top mərmisi aşkar edilib, daşınması mümkün olduğu üçün daşınıb. Gün ərzində 37 110 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 8 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 448 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 7 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 415 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
İnterpress.az