Tanınmış jurnalist öldürüldübackend

Tanınmış jurnalist öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəki şənbə günü axşam saatlarında motosikletlə restorana şam yeməyinə gedərkən naməlum şəxslər tərəfindən odlu silahla vurulub.

Hadisə zamanı daha iki nəfərin – jurnalistin dostu və ərazidən keçən şəxs ağır yaralanıblar.

Zəki Let Us Build Pakistan (“Gəlin Pakistan yaradaq”) intenet-nəşrinin redaktoru idi.

“Taliban”ın Pakistandakı rəhbərinin nümayəndəsi bəyan edib ki, bu qətl onların işidir və Zəki Qırmızı məscidin ruhanilərindən biri Əbdül Əzizə qarşı İslamabadda başlanan kampaniyaya görə öldürülüb.

Zəki digər hüquq müdafiəçiləri ilə birlikdə şiə azlığına nifrətin qızışdırılması və zorakılığa çağırışa görə Əzizə qarşı məhkəməyə iddia verib. (modern.az)

İnterpress.az