Oğurluq edən oğlan maşının altında qaldıbackend

Oğurluq edən oğlan maşının altında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Salyan şosesində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Cəfərov Nicat Tariyel oğlunun idarə etdiyi \”Daewoo\” markalı avtomobil yolu keçmək istəyən və hələlik kimliyi bilinməyən təxminən 30 yaşlarında olan kişini vurub. Vurulan piyada elə hadisə yerindəcə keçinib. Olay yerinə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

Hadisə şahidlərinin bildirdiyinə görə, ölən şəxs yaxınlıqdakı kafedən oğurluq edib qaçan zaman maşın tərəfindən vurulub.

Sürücünün ifadəsi alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. (apa)

İnterpress.az