“Formula-1” Avropa Qran-pri – yarışlarının keçiriləcəyi ərazilərdə olan binalarda yaşayan vətəndaşlara eyvanlarını kirayə verməsi ilə bağlı mane olmayacağıq.
Bunu İnterpress.az-a “Formula-1” Avropa Qran-pri yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadari vətəndaşların eyvanlarını kirayə verməsinə münasibət bildirərkən deyib.
“Formula-1” yarışlarının keçiriləcəyi ərazilərində yaşayan vətəndaşlarımızın öz qərarlarıdır. Biz onların işlərinə qarışa bilmərik”.
Qeyd edək ki, bu biznes artıq dünyada dəb halına çevirilib. Fransa, İspaniya, Braziliya, Almaniya və digər beynəlxalq turnirlərin keçirildiyi ölkələrdə evlərin eyvanlarını kirayəyə verirlər.
Gülşanə Mustafayeva
İnterpress.az