…Şuşada onun əmrlərini yerinə yetirmirdilər” -VİDEObackend

…Şuşada onun əmrlərini yerinə yetirmirdilər” -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 il öncə Şuşada ermənilərə qarşı döyüşlərdə iştirak etmiş, şəhər işğal olunan günə qədər səngərdə işğalçılara qarşı döyüşmüş jurnalist Mustafa Hacıbəyli 24 il öncə Şuşada baş verənləri \”Kanal13\” internet televiziyasının \”Baxış bucağı\” verilişində xatırlayıb. Musavat.com jurnalistin cəbhə xatirələrindən sətirləri və verilişin videoyazısını təqdim edir:

\”Şuşanın işğalı mayın 8-dən xeyli əvvəl başlamışdı. İnanmıram ki, kimsə Şuşanı bilərəkdən erməniyə satsın.

Elbrus Orucov Briqada komandiri təyin olunduqdan sonra mayın 5-də məlum olmuşdu ki, Şuşada şəhəri qoruyan cəmi 700 silahlı əsgər var.

Ramiz Qənbərovun rəhbərlik etdiyi batalyonun nə tankı nə də topu vardı. Şuşada bizdə o zaman cəmi 2 tank, 3-4 PDM, 5-6 BMP vardı. Hər əsgərin də cəmi bir avtomatı və bir darağı vardı.

Mütəllibovun zamanında hələ ermənilərin bizə düşmən olmadığı obrazı yaradılarkən, ermənilər ordu yaradırdı, topla-tankla silahlanırdılar.

Mayın 8-də hücum zamanı Şuşada aşağı postu qoruyan 27 nəfərlik qrupdan cəmi 3 nəfər sağ qaldıq.

Biz Ağdamdan dəstək gözləyirdik, amma heç bir dəstək gəlmədi. Adicə bir zirehli maşını vurmaq üçün heç bir silahımız yox idi. Postlar arasında heç bir rabitə də yox idi.

Şuşanın işğal edildiyi gün Rəhim Qazıyev Rusiyada yox, Yevlaxda olub.

...Şuşada onun əmrlərini yerinə yetirmirdilər'' -VİDEO

Şuşa mayın 8-də işğal olunmadı, biz daha 3 gün orda vuruşmuşduq. Erməni heç bir yeri asanlıqla almayıb: biz bu müharibədə on minlərlə şəhid vermişik.

Elbrus Orucovu çox ittiham edirlər, amma Şuşada onun əmrlərini belə yerinə yetirmirdilər.

Qarabağı almaq üçün Rusiyanın zəifləməsindən istifadə etməliyik.

Tofiq Oğuzun rəhbərlik etdiyi batalyon o qədər igidlik göstərmişdi ki, Tofiq Oğuzun heç cənazəsi də tapılmadı işğaldan sonra.

Ramiz Qənbərov olduqca böyük şücaət göstərmişdi və o aprelin 30-da şəhid olmuşdu.
Tankçı Albert Araqunov mayın 8-də öldürülənə qədər tankı ilə vuruşmuşdu\” .

İnterpress.az