Yazın ləzzətli badımcan salatıbackend

Yazın ləzzətli badımcan salatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nədən professional aşpazların da sirrini bilib daha güclü olmayaq ki? Bu fikri sizlərin də bəyənəcəyini düşünərək qarış-qarış gəzib “sirr” toplamağa başladıq. Burada gördüyünüz salat, isti yemək və şirniyyatlar yalnız və yalnız peşəkar aşpaz və şirniyyatçılar tərəfindən hazırlanıb, professional fotoqraf tərəfindən çəkilib, reseptləri dəqiq şəkildə yazılıb, dadlarına isə söz ola bilməz!

Dəyərli xanimlar bundan əlavə gözəllik rubrikası da sizin ürəyinizcə olacaq burada daima tərəvətli , cəlbedici, gözəl olmağın sirləri ilə tanış olacaqsınız. Oxuyun, faydalanın, ləzzət alın.

BADIMCAN SALATI

İnqrediyentlər:

2 ədəd badımcan
300 qr toyuq filesi
100 qr qoz ləpəsi
50 ml bitki yağı
3 ədəd lavaş
100 qr mayonez
100 qr xama
1 ədəd nar
Duz, istiot

Hazırlanması:

Qoz ləpəsi tavada qovrulub xırda doğranır. Badımcan 180 dərəcəyədək qızdırılmış sobada bişirilir. Qabığı soyulub xırda doğranır. Toyuq filesi bütöv şəklidə yağda qızardılır. File soyudulub samanvarı doğranır. Şüyüd xırda doğranır, nar dənələnir. Ərzaqların üzərinə mayonez, xama, duz və istiot əlavə edilib qarışdırılır. Stəkan folqaya (içərisi də olmaqla) bükülür. Lavaşlar bitki yağına batırılıb stəkana sarılır. Stəkana bükülmüş lavaşlar qaynar olmayan bitki yağında qızardılır (hər tərəfi). Qızarmış lavaşlar stəkandan çıxarılır. Salat lavaşın içərisinə doldurulub servis edilir.

Yazın ləzzətli badımcan salatı

Səidə Mustafayeva
İnterpress.az