Sürücülərin yanacaq dərdi: ”Benzin əvəzinə köpük vururlar”- VİDEOREPORTAJ, FOTOLARbackend

Sürücülərin yanacaq dərdi: ”Benzin əvəzinə köpük vururlar”- VİDEOREPORTAJ, FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da bu barədə danışaraq deyib ki, bir çox yanacaqdoldurma məntəqələri sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur.

Interpress.az xəbər verir ki, musavat.com-un müxbiri yanacaqdoldurma məntələqələrində müşahidə aparıb və sürücülərin rəyini öyrənib. Onlar Azərbaycanda satılan yancağın keyfiyyətinin standartlara cavab vermədiyini bildiriblər.

Sürücülər həm yanacağın avtomobilin çəninə əskik vurulduğunu, həm də keyfiyyətsiz benzinin maşının işlək mexanimzlərini sıradan çıxardığını bildirdilər.

Yanacağın keyfiyyətsizliyi və bunun avtomobilə vurduğu ziyan səbəbindən sürücülər tez-tez maşın ustalarına müraciət etdiklərini deyirlər. Avtomobil ustası İman İsgəndərov da keyfiyyətsiz yanacağın avtombillərin mühərrikinə ziyan vurduğunu bildirdi. Onun sözlərinə görə, benzinə o qədər qatqı qatılır ki, onun rəngi də normal yanacaqdan fərqlənir.
Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

İnterpress.az