Trans-Baykalda baş verən ağır yol qəzasında 5 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.
İnterpress.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Duldurqa istiqamətində hərəkətdə olan “Toyota Land Cruiser” qarşı yoldan gələn “UAZ-452” ilə toqquşub. “UAZ”da veteranlardan ibarət “Baqulnik” xor qrupunun üzvləri var imiş. Onların konsertdən qayıtdığı bildirilir. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və “UAZ”dakı veteranlardan 3-ü vəfat edib.
İnterpress.az