Terrorçunun kimliyi bilindibackend

Terrorçunun kimliyi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanda bir nəfərin ölümünə və 6 polis əməkdaşının yaralanmasına səbəb olan terrorçu-kamikadzelərin kimliyi bəlli olub. Aparılan ekspertiza nəticəsində onlardan birinin 1989-cu il təvəllüdlü Şamil Canaralıyev, digərinin isə 1991-ci il təvəllüdlü Əhməd İnalov olduğu deyilir.

Ekspertizada həmin şəxslərin qohumları da iştirak edib. Məlumata görə, kamikadzelər posta yaxınlaşaraq mal-qara axtardıqlarını deyiblər.
Daha sonra isə onlardan biri üzərinə quraşdırdığı partlayıcı qurğunu işə salıb, digəri isə həmin əraziyə əl qumbarası atıb. Üzərinə partlayıcı qurğu bağlayan cinayətkar özü də partlayaraq ölüb, qumbara atan isə polis əməkdaşları tərəfindən öldürülüb. (ans)

İnterpress.az