“DTX bütün vəzifələri yerinə yetirə bilər” – Mədət Quliyevbackend

“DTX bütün vəzifələri yerinə yetirə bilər” – Mədət Quliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev özünün “Azərbaycanda dövlət təhlükəsizliyinin təmin olunması Ulu Öndər Heydər Əliyev ənənələrinə əsaslanır” adlı məqaləsində qeyd edib.

H.Əliyevin doğum gününə həsr edilmiş məqalədə M.Quliyev yazır: “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində Heydər Əliyevin əks-kəşfiyyat sahəsindəki peşəkarlığını əyani olaraq təsdiqləyən çoxsaylı sənədlər saxlanılır. Vaxtilə xarici xüsusi xidmət orqanlarının respublikamızda planlaşdırdığı və həyata keçirməyə çalışdığı kəşfiyyat-pozuculuq tədbirlərinin qarşısının alınması, agentura və casusluq fəaliyyətinin aşkar edilməsi məqsədilə onun iştirakı və rəhbərliyi ilə bır sıra uğurlu və mükəmməl əməliyyatlar həyata keçirilib, bu əməliyyatlarda əldə edilən təcrübə SSRİ-nin digər təhlükəsizlik orqanlarında öyrənilib və geniş tətbiq edilib”.

M.Quliyev vurğulayıb ki, bu gün Azərbaycanın xüsusi xidmət orqanları Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlətimizin təhlükəsizliyinin, vətəndaşlarımızın hüquq və azadlıqlarının, ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsində üzərinə düşən məsul vəzifələri layiqincə davam etdirir.