\”Azadlıq\” radiosunun məlumatına görə, Kılıçdaroğlu bildirib ki, buna hakim partiya daxilində problem kimi baxmaq olmaz, bu 64-cü hökumətə qarşı çevrilişdir və Davudoğlu istefayla buna zəmn yaradıb.
O, deyib ki, bütün respublikaçılar, demokratlar və ziyalılar buna qarşı çıxmalıdır.
Qeyd edək ki, Əhməd Davudoğlu mayın 4-də hakim Ədalət və İnkişaf Partiyasının liderliyi və baş nazirlikdən gedəcəyini bəyan edib.
Davudoğlu deyib ki, partiyanın qarşıdan gələn qurultayında bu vəzifələr uğrunda mübarizə aparmayacaq
Rəcəb Tayyip Ərdoğan Türkiyədə prezident üsul-idarəsi qurmaq və buna görə konstitusiyanı dəyişmək fikrindədir.
Hazırda Türkiyədə parlament sistemidir. (modern.az)
İnterpress.az