Sel Şamaxıya xeyli ziyan vurubbackend

Sel Şamaxıya xeyli ziyan vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az saytı Region.TV-yə istinadən xəbər verir ki, Ərciman kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə təsərrüfatlara ciddi ziyan dəyib. Sel suları sakinlərin əkin sahəsini yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub.

Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb. Xüsusilə də Ərciman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.

655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır. Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir.