63 yaşlı qadın tüstüdən zəhərlənibbackend

63 yaşlı qadın tüstüdən zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün saat 02:45 radələrində Oğuz şəhəri, Gənclər küçəsində yaşayan, 1953-cü il təvəllüdlü Pakizə Məmmədəli qızı İsfəndiyarova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, o, evin həyətyanı sahəsindəki tövlədə baş verən yanğın zamanı dəm qazı və tüstüdən zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Pakizə İsfəndiyarovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.(apa)

İnterpress.az