Gəncədə 21 yaşlı oğlan qətlə yetirilibbackend

Gəncədə 21 yaşlı oğlan qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə mayın 9-da saat 14:00 radələrində baş verib. Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Qurbanov Həsən Şöhrət oğlu mübahisə nəticəsində həmyerlisi, 1995-ci il təvəllüdlü Əliyev Müstəcəb Hüseyn oğlunu bıçaqlayaraq qətlə yetirib.

Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində H.Qurbanov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(Modern.az)

İnterpress.az