Şamaxıda yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıbbackend

Şamaxıda yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb. “VAZ 2107” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb. Hadisə zamanı Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Əsgərov Ramin Qasım oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Şamaxı sakinləri – 1986-cı il təvəllüdlü Əmralıyev Hidayət Barat oğlu və 1992-ci il təvəllüdlü Əmralıyev Tural Əvəz oğlu ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(apa)

İnterpress.az