Təmsilçimiz bu gün”Eurovision-2016″ çıxış edəcəkbackend

Təmsilçimiz bu gün”Eurovision-2016″ çıxış edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk yarımfinalda Azərbaycan təmsilçisi Səmra Rəhimlinin çıxışı da olacaq.

\”Miracle\” (Möcüzə) mahnısını ifa edəcək Azərbaycan təmsilçisi səhnəyə 14-cü sırada çıxacaq.

Səmra Rəhimlinin yarımfinaldakı il çıxışında qızılı paltarda olacağı gözlənilir. O, 4 rəqqas və 1 bek-vokalçı ilə birlikdə çıxış edəcək.

Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunacaq.

İlk yarımfinalda S.Rəhimli ilə yanaşı, Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta iştirakçılarının çıxışı da olacaq.

Qeyd edək ki, müsabiqə ilə bağlı bir maraqlı detalın da üstü açılıb. Dünya şöhrətli amerikalı müğənni Castin Timberleykin də \”Eurovision\” səhnəsində çıxış edəcəyi məlum olub.

Castin Timberleyk mayın 14-də Böyük finalın fasiləsi zamanı \”Can’t stop the feeling!\” hitini ifa edəcək.(modern)

İnterpress.az