İraqın Əl-Ənbar bölgəsində İŞİD-in tanınmış üzvlərindən olan Əbu Vəhib qətlə yetirilib.
Quldurluq edən terrorçudan dinc əhalinin canı qurtarıb. Belə ki, keçmişdə “Əl-Qaidə” üzvü olan Əbu Vəhib, ABŞ-ın hava hücumları nəticəsində həyatını itirib.
İraq mətbuatının verdiyi xəbərdə deyilir ki, onunla bərabər daha 3 terorçu hava hücumu nəticəsində həla olub.
Qeyd edək ki, Əbu Vəhib 3 il öncə, özünün mülkü vətəndaşları qətlə yetirməsini əks etdirən video ilə tanınıb. Belə ki, o yolda yük maşınlarının qarşısını kəsib, sürücülərdən namazın rikətlərini, din haqqında bilgilər soruşurdu. Ələvi və şiələr adətən bu terrorçu caninin hədəfinə tuş gəlir və qətlə yetirilirdilər.
İnterpress.az