Bakıda maşın yoldan keçən şəxsi vuraraq öldürübbackend

Bakıda maşın yoldan keçən şəxsi vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 9-da saat 03 radələrində Səbail rayonunun Bibiheybət qəsəbəsində Bakı şəhər sakini Nicat Cəfərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölənin Bakı şəhər sakini Hikmət Cabbarov olması müəyyən edilib.

İnterpress.az