İcbari tibbi sığorta paketinə hansı xidmətlər daxil olacaq?backend

İcbari tibbi sığorta paketinə hansı xidmətlər daxil olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil, informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev deyib. O qeyd edib ki, işləyən vətəndaşa yük düşməməsi üçün ödənişlərin aylıq aparılması məqsədəuyğun olardı.

“Bəzi sahələrdə insanların fəaliyyəti mövsümi olduğu üçün həmin vətəndaşlara müvafiq gəlir intervalına uyğun ödəniş etmək imkanı yaradıla bilər”.

İcbari tibbi sığorta haqqı nə qədər olacağına gəlincə İ. Əliyev bildirib ki, bu sualı dəqiq cavablandılrmaq üçün öncə icbari tibbi sığorta paketinə hansı xidmətlərin daxil olacağını müəyyənləşdirməliyik.

“İkinci növbədə xidmətlərin dəyəri hesablanmalıdır. Üçüncüsü, bu xidmətlərdən yararlanacaq şəxslərin sayı hesablanmalıdır. Buna uyğun olaraq icbari tibbi sığorta haqqı müəyyənləşdirilə bilər. Ancaq ümumi yanaşma ondan ibarətdir ki, insanların sığorta ödənişləri onları yoxsullaşma riskindən azad etsin, işəgötürənlər tərəfindən ödənişlərin edilməsi süni işsizlik yaratmasın. Eyni zamanda, dövlətdən ayrılan vəsaitlər də tibbi xidmət xərclərinin qarşılanması üçün müvafiq həcmdə olmalıdır”.

Şöbə müdiri vurğulayıb ki, ödəmə qabiliyyətinə malik əhali tibbi sığort xərclərini özü ödəyəcək, müəyyən əhali qrupları üçün dövlət tərəfindən vəsaitlərin cəlb edilməsi nəzərdə tutula bilər. “Bütün bu məsələlər model tam işlənib hazırlandıqdan və tətbiqi mexanizmi müəyyən edildikdən, eləcə də hesablamalar yekunlaşdıqdan sonra dəqiq məlum olacaq”. (modern.az)

İnterpress.az