Rusiya prezidenti Vladimir Putin mayın sonunda Azərbaycana səfərə gələcək.
İnterpress.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə bildirib.
“Səfərin məqsədi, çox güman ki, Azərbaycan rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi yollarının, o cümlədən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranmış vəziyyətin müzakirəsi olacaq”, – mənbə bildirib.
Onun sözlərinə görə, Putinin Yeravana da səfər edəcəyi istisna edilmir.
İnterpress.az