Moskvada hava limanında xadimə işləyən Səidə İŞİD üzvü imiş – VİDEObackend

Moskvada hava limanında xadimə işləyən Səidə İŞİD üzvü imiş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qadın, tutduğu vəzifəyə uyğun olaraq, hava limanının bir çox hissələrinə giriş-çıxış üçün vəsiqə gəzdirirmiş.

Rusiyanın xüsusi xidmət orqanları Moskva hava limanlarının bütün əməkdaşlarının kütləvi yoxlanmasına başlayıblar. Bildirilir ki, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları terrorçu təşkilatla əlaqələri olan qadını ələ keçiriblər. Yoxlama zamanı məlum olub ki, Səidə K. Bu yaxınlara qədər “Vnukovo”da xadimə kimi çalışıb və hava limanının bir çox hissələrinə giriş-çıxış imkanı var imiş.

Səidə K., onun rəfiqəsi və iki tanışı saxlanılıb, onlara qarşı ittiham irəli sürülüb. Onlar iş yerində həmkarları arasında İŞİD-in təbliğatının aparılmasında və təşkilata üzv toplamaqda da günahlandırılırlar.

Hazırda təhlükəsizlik xidmətinin əməkdaşları saxlanılan qadının terrorçular tərəfindən terror aktının həyata keçirilməsi üçün istifadə edilib-edilməməsi ehtimalını nəzərdən keçirirlər.

İnterpress.az