Mərkəzin icraçı direktoru Səbuhi Əliyev mətbuata açıqlamasında bu haqda məlumat verib.
O, yeni yaranmış mərkəzin milli ideologiyamızın formalaşmasında xalqımızın dahi şəxsiyyəti Heydər Əliyev ideyalarının təbliği və tədqiqi istiqamətində fəaliyyət göstərəcəyini qeyd edərək, milli dövlətçilik dəyərlərimizin möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ideoloji prinsiplərin xalqımız arasında geniş yayılması üçün proqramların həyata keçiriləcəyini bildirib.
Səbuhi Əliyev ulu öndərin doğum günündə məzarını ziyarət edərək, şərəfli bir yola başladıqlarını və millət atasının qurub yaratdığı müstəqil Azərbaycanın əbədi yaşaması yolunda əllərindən gələni əsirgəməyəcəyini qeyd edib.
İnterpress.az