Şəkər xəstələri diqqətli olsun- Saxta məhsullarbackend

Şəkər xəstələri diqqətli olsun- Saxta məhsullar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkər xəstələrinin istifadə etdiyi hər bir qida məhsuluna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sertifikat verir. Ancaq bizə daxil olan şikayətlər onu göstərir ki, Səhiyyə Naziliyi bu istiqamətdə ciddi araşdırmalar aparmalıdır.
Bunu İnterpress.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:
“ Ofismizə “ Saxar sladki” adlı şəkər xəstələri üçün nəzərdə tutulan qənd gətirilib. Məlum etdik ki, bunun şəkər xəstələrinə xeyri yox, yalnız ziyanı var”.

Bundan başqa, ən ciddi problemlərdən biri Qazax, Gəncə, Şəmkir zonasında küçələrə səpilmiş duzların yığılıb satılmasıdır: “ Bizə məlum oldu ki, Gəncə zonasında bu işlə Bəxtiyar adlı şəxs məşğul olur. Biz onun ifşa olması üçün müəyyən işlər aparırıq. Yalnız qeyd etdiyim zonalar deyil, Abşeron rayonunda da bunun istehsalçısı var. Yəni küçəyə səpilən duzları yodlaşdırmadan yığıb satırlar. Bunun da istehsalçısı Seyran adında şəxsdir. Biz bu barədə Abşeron rayon Polis İdarəsinə məlumat versək də hələdə bir cavab yoxdur. Ən uğurlu işimiz murdar ətlərin satılması ilə bağlı oldu. Bizim Daxili işlər Nazirliyinə etdiyimiz müraciətlər cavabasız qalmadı. Adiyatı qrumlar bu işin öhdəsindən çox yaxşı gəldilər. Murdar at, eşşək əti satanları ifşa edib, cəzalandırdılar”.

Daha sonra, Eyyub Hüseyov sərinləşdirici içkilərin qablaşdırılmasında, istehsal tarixində, istifadə müddətində problemlərdən də danışdı:

Məslən, “Qax” suyu gətirilib içərisində milçək çıxıb, “Bonaqua “ suyu gətirilib içərisində göbləklər gəzir:
Bizə sularla bağlı gün ərzində ən azı 10 -12 zəng və ya şikayət gəlir. Şikayətlər həmdə qiymətlərlə bağlı olur. “Nə üçün qiymətlərin 40- qəpikdən 10 manata qədər bazarda satılır?- deyə şikayət edirlər.

E.Hüseynob əlavə edib ki, AİB-nə yağlarla, dondurmalarla bağlı da çoxlu şikayətlər, zənglər daxil olur:
“ Əhali bilməlidir ki, süd məhsularının tərkibinə bitki yağlarının qarışdırılması qadağandır. Xüsusən Rusiyadan gələn bəzən də yerli məhsullarda yağlılığı artırmaq üçün bitki yağlarından istifadə olunur. Biz tədqiqat aparırıq ki, bütün bu qanunsuzluğun qarşısını alaq”.

Gülşanə Mustafayeva
İnterpress.az