Bunu İnterpress.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov deyib:
“Monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələr aparılacaq, kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Laborator analizlərin nəticələrinə əsasən çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək. Mayın 10-dan başlanılan monitorinq oktyabr ayınadək davam edəcək”
Qeyd edək ki, Monitorinq Səhiyyə Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə aparılır.
Gülşanə Mustafayeva
İnterpress.az