Lənkəran sakinindən 18 kq narkotik götürülübbackend

Lənkəran sakinindən 18 kq narkotik götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şöbə əməkdaşlarının Biləsuvar rayonunun Cürəli kəndi ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Mirzəzadə tutulub. Onun əlindəki bağlamadan ümumi çəkisi 18 kiloqram tiryək aşkarlanıb.

Müəyyən olunub ki, Ş.Mirzəzadə narkotik vasitəni İran İslam Respublikasının Ərdəbil şəhərində tanış olduğu Dadaş adlı şəxsdən əldə edib. İran vətəndaşı Ş.Mirzəzadəyə külli miqdarda narkotik vasitəni Azərbaycan ərazisinə keçirməsi müqabilində ona 2000 ABŞ dolları verəcəyini vəd edib. Saxlanılan şəxs təklifi qəbul edərək həmin narkotik vasitəni ölkəyə gətirən zaman polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.(apa)

İnterpress.az