Hafiz Hacıyev beynəlxalq terrorçu elan oluna bilər…backend

Hafiz Hacıyev beynəlxalq terrorçu elan oluna bilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MMP sədri Hafiz Hacıyevin son açıqlamaları gündəmə “bomba” kimi düşüb. Əvvəlcə erməni qadınlardan övladlarının olduğunu deyən partiya sədri ardınca Ermənistandakı Atom Elektrik Stansiyasını, metro stansiyalarını partladacağı barədə fikirlər səsləndirib.

Hacıyevin dedikləri ictimaiyyət arasında heç də birmənalı qarşılanmayıb. Çoxları onun söylədiklərini Azərbaycan üçün təhlükə hesab edir. Bildirilir ki, ermənilər onun bu fikirlərindən istifadə edib, ölkəmiz əleyhinə kampaniya apara bilərlər. Çünki partiya sədrinin açıqlamalarından sonra düşmən ölkədə hər hansı bir hadisə baş verərsə, ilk növbədə onun dedikləri diqqətə alınacaq. Təsadüfi deyil ki, onun söylədiklərini rus və erməni mətbuatı əsas xəbərlərdən birinə çevirib. Özü də prezidentliyə 3 dəfə namizəd olan şəxs kimi…

H.Hacıyevin fikirlərində cinayət tərkibinin olduğunu düşünənlər də çoxluq təşkil edirlər. Buna əsaslanıb onun beynəlxalq terrorçu elan olunacağı və İnterpolun axtarışına verilə biləcəyi də vurğulanır. Bundan əlavə, məsələyə belə də yanaşılır ki, ermənilər tərəfindən Hacıyevin həyatına təhlükə ola bilər.

 Hafiz Hacıyev beynəlxalq terrorçu elan oluna bilər...

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Hacıyevin fikirlərinin Azərbaycanın imicinə zərbə vurduğu qənaətindədir: “Ermənilər bu şəxsin partiya sədri, eləcə də prezidentliyə keçmiş namizəd olduğunu biləndən sonra onu yox, Azərbaycanı terrorizmdə günahlandıra bilərlər. Ermənistandakı AES-i hər hansı bir dövlət, terror qruplaşması partladıb, ölkəmizin üzərinə atarlar. Onsuz da nüfuzumuza zərbə vurmaq üçün əllərindən gələni edirlər. Hafiz Hacıyev özünü partiya sədrinə yox, satirik rola girən aktyora bənzədir. Zarafat edirsə, belə zarafat olmaz. Düşünmədən dediyi sözlər Azərbaycanın əleyhinə yönələ bilər. Çünki o, törətdiyi hansısa terror hadisəsini üzərinə götürməlidir. Onun partiyasını da suçlaya bilərlər. Haciyevin etik qaydalara sığmayan fikirləri də var. Məsələn, erməni qadınlardan uşaqlarının olduğunu deyir. Onun savadsız, gülməli çıxışlarını dinləməkdənsə, bununla bağlı konkret iş görülməlidir. Əks halda, bizim üçün mənfi nəticələri gözlənilir. Çünki beynəlxalq təşkilatlardan hücumlar ola bilər. Buna görə də mətbuatımızda elə yazılar getməlidir ki, ermənilər Hafiz Hacıyevin sözlərinin mənasız olduğunu dərk etsinlər. Bu fikirlər onun özünə məxsusdur. Çünki Azərbaycan heç vaxt terrorla məşğul olmayıb. Azərbaycanın müvafiq qurumları Hacıyevi bu məsələdə başa salmalıdır. Belə çağırışlarına görə ola bilsin ki, Hafiz Hacıyevi hansısa ölkə ərazisinə buraxmasın. Ermənistanın özü də ondan şikayət edə bilər. Onun barəsində məhkəməyə də müraciət oluna bilər. Burada, sadəcə, təəssüf doğuran odur ki, ölkəmizin adı hallanır”.

 Hafiz Hacıyev beynəlxalq terrorçu elan oluna bilər...

H.Hacıyev isə “Yeni Müsavat”a açıqlamasında həyatının təhlükədə olduğunu söylədi: “Verdiyim açıqlamalar həqiqəti əks etdirir. Ermənilər bilməlidir ki, onların daim içərilərində olmuşuq, qızları ilə oturub-durmuşuq. Heç bir fantaziya yoxdur. Ermənilərə qarşı ideoloji müharibə aparırıq. Həyatıma olan təhlükəni hiss edirəm. Heç bir addımımı düşünməmiş şəkildə atmıram. Faktlarla çıxış edirəm. Buna görə təhqir olunuram, naməlum nömrələrdən zənglər gəlir. Hər an həyatım təhlükədədir. Amma nə etmək olar ki, Azərbaycan hakimiyyətində ermənilərlə qohum olanlar var. Hətta bəzi məmur övladları var ki, erməni dayıları ilə fəxr edirlər, onlarla Moskva və digər şəhərlərdə görüşürlər. Xalqı talan edib, milyardlar qazanıb, ermənilərə yedizdirirlər. 30 minə qədər erməni gəlinimiz var. Bunları dedikcə, mənə təşəkkür etməyəcəklər. Hansı varlı məmurun övladı, yaxud qohumu şəhid olub? Bu suala cavab verən şəxsin qarşısında ömür boyu qul olaram. Elə məmurlar tanıyıram ki, övladlarının bir ayağı Ermənistandadır. Amma mən xaricə gedəndə qorxuram, həyat yaşamıram. Təsəvvür edin ki, kirayədə yaşayıram, son fikirlərimdən sonra məni kirayədən çıxarırlar. Hər ay 600 manat kirayə haqqı verirəm. Ev sahibinə deyirəm ki, bəlkə sənin də ermənilərlə qohumluğun var, susur. Məmurlardan mənə təhdidlər gəlir ki, erməni məsələsini gündəmə gətirsən, səni öldürəcəyik. Mən asan can verməyəcəm. Erməni ilə qohumluğu olan məmurlar istefa verməlidir. Növbəti seçkilərdə prezident seçilsəm, həmin məmurlara qan qusduracam. Onları təpəsi üstə asıb, ermənilərə verdikləri pulları, Ermənistanda tikdikləri villaları geri istəyəcəm”.(Musavat)

İnterpress.az