Donald Tramp və demokrat Berni Sanders qalib gəlibbackend

Donald Tramp və demokrat Berni Sanders qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Virciniyada qələbə çalan demokrat Sanders çıxışında prezident seçiləcəyi halda təhsil xərclərini artıracağı və vergi islahatı aparacağı vədlərini verib.

Gələn həftə Oreqon ştatında mübarizənin davam edəcəyini bildirən Sanders seçkilərə yalnız qalib olmaq üçün qatıldıqlarını bildirib:

\”19 ştatda ilkin seçkilərdə qələbə qazandıq və sizə açıq deyirəm ki, biz demokratlar yarışı qazanmaq üçün bu kampaniyaya girdik.

Əgər prezident seçilərəmsə, Donal Trampa qalib gələn ən yaxşı demokrat kimi yadda qalacam”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabr ayında keçiriləcək.

Hələ ki, ştatlarda baş tutan ilkin seçkilərdə prezidentlik post uğrunda demokratlardan Berni Sanders və Hillari Klinton, respublikaçılardan isə Ted Kruz və Donald Tramp mübarizə aparırlar.

İnterpress.az