Separatçı ermənilərə dəstək: Tiflisdən Bakıya zərbə – FOTOFAKTbackend

Separatçı ermənilərə dəstək: Tiflisdən Bakıya zərbə – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun sözlərin görə, hər il etdikləri etirazlara baxmayaraq, ermənilərə yenə şərait yaradılır:

“4 ildir ki, ermənilər Tiflisin mərkəzində Şuşanın işğalını təntənəli şəkildə qeyd edirlər. Onlar bu tədbirləri 2 il qapalı şəkildə, növbəti illərdə isə açıq havada toplamağa başladılar. Keçən il analoji tədbirə etiraz etdik, Gürcüstanın müvafiq qurumlarından lazımı ölçü götürmələrini istədik. Görünən odur ki, gürcü rəsmiləri bizim etirazlara etinasız yanaşırlar. Bu il ermənilər sözügedən tədbirə qapalı şəkildə hazırlaşdılar. Mayın 9-da 3 minə yaxın erməni meydana toplandı, şənləndilər, əllərində qondarma Dağlıq Qarabağın qondarma bayrağını dalğalandırdılar. Bu hadisələr Gürcüstan dövləti tərəfindən görməzdən gəlinir, ölçü götürmürlər. Çox təəssüf ki, Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələyə seyrçi mövqeyində qalır”.

Əlbala Əsgər sonda onu da qeyd edib ki, azərbaycanlılar, soydaşlarımızın üzv olduğu təşkilatlar Gürcüstan prezidenti və baş nazirinə etiraz məktubu göndərməyə hazırlaşırlar.(Aktor.az)

Separatçı ermənilərə dəstək: Tiflisdən Bakıya zərbə – FOTOFAKT

Separatçı ermənilərə dəstək: Tiflisdən Bakıya zərbə – FOTOFAKT

Separatçı ermənilərə dəstək: Tiflisdən Bakıya zərbə – FOTOFAKT

İnterpress.az