“Ərim ermənidir və mən erməniləri müdafiə edəcəyəm”backend

“Ərim ermənidir və mən erməniləri müdafiə edəcəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Facebook səhifəsinə istinadən xəbər verir ki, Rusiyanın \”Avroviziya\”dakı jürisi erməniləri dəstəklədiyinə görə, o, jürilikdən uzaqlaşdırılıb.

Belə ki, Rusiyanın \”Avroviziya-2016\” mahnı müsabiqəsindəki jürisi Anastasiya Staçkoyun videoyazısı yayıldıqdan sonra o prosesdən uzaqlaşdırlıb və bununla bağlı Avropa Yayım Şurası qərar çıxarıb.

Jürilər mahnı müsabiqəsində iştirak edən şəxslərin repitisiyasını dəyərləndirən zaman Rusiya təmsilçisi subyektiv yanaşma nümayiş etdirərək deyib ki, mən erməniləri müdafiə edəcəyəm.

\”Çünki mənim ərim ermənidir və mən erməniləri müdafiə edəcəyəm\”-A. Staçkoy qeyd edib. Bundan sonra Rusiyanın RTR kanalı ilə aparılan danışıqlardan sonra A. Staçkoyun digər jüri ilə əvəzlənməsi razılaşdırılıb.

İnterpress.az