Milli mətbəximiz dadlı turşulu Turşu kababıbackend

Milli mətbəximiz dadlı turşulu Turşu kababı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın zəngin mətbəxinin daha bir təamını İnterpress.az-ın oxucularına təqdim edirik. Turşu kabab adlanan yeməyi dadanlar çox bəyənəcək.

Turşu kabab

Tərkib:

300 qr quzu qabırğası

6 ədəd badımcan (xırda)

400 qr dana əti

1 ədəd baş soğan

1 dəstə göy soğan

150 qr kərə yağı

2 dəstə cəfəri

3 diş sarımsaq

2 x.q. abqora

Duz, istiot

Hazırlanması:

Mal əti və baş soğan ətçəkən maşından keçirilir. Üzərinə duz, istiot səpilib qarışdırılır. Qarışıqdan küftəciklər hazırlanır. Quzu qabırğası tikələrə bölünüb duzlu suda bişirilir (suyu saxlanır). Badımcanın qabığı soyulub yağda qızardılır. Göyərti və sarımsaq xırda doğranıb yağda qovrulur. Üzərinə duz, istiot və abqora tökülüb qarışdırılır. Göyərti qovurması saxsı qaba tökülür. Üzərinə hazırlanmış küftəciklər, bişmiş quzu qabırğası, qızarmış badımcan əlavə edilir. Qarışığa 1-2 st. bulyon tökülür, duz, istiot səpilib 1 saat bişirilir.