Bir neçə gün öncə mediyada takislərin də vahid kart sisteminə keçəcəyi məlumatı yayıldı. Məlumdur ki, ölkədə xeyli sayda fərdi taksi fəaliyyəti ilə məşğul olanlar var. Bəs görəsən ödəmənin kartla edilməsi hansı növ- fərdi, şirkət, yoxsa \”London\” taksilərinəmi şamil olunacaq?
İnterpress.az-ın sualını cavavablandıran Bakı Nəqliyyat Agentliyinin sözçüsü Rauf Mirqulamov bildirir ki, belə bir işin həyata keçirməsi istisna deyil: “Bununla bağlı konkret hər hansısa işlərin görülməsinə hələ başlanılmayıb. Hansı növ taksilərə aid olacağı da bəlli deyil. Düşünürük ki, ictimayi nəqliyatın problemləri həll olunandan sonra gələcəkdə belə bir iş görülə bilər. Əsas diqqət ictimayi nəqliyyatda olan problemlərin aradan qaldırılmasına yönləndirilib. Bakı Nəqliyyat Agentliyi sərnişin danışma xidməti üzrə optimallaşma və təkminləşdirmə işlərini davam etdirir. Müntəzəm olaraq sərnişin daşıma fəaliyyəti üzrə məşğul olan daşıyıcıların avtobuslarının nağdsız ödəmə sisteminə keçidinin tətbiq edilməsi mərhələli şəkildə nəzərdə tutulub. Bundan sonra taksilərin nəğdsiz ödənişə keçməsi məsələsinə baxılması istisna olunmur.”
Qeyd edək ki, mətbuatda yaxın gəlcəkdə təkcə metro və avtobuslarda deyil, həmçinin taksilərdə də vahid ödəmə sistemi tətbiq edilsin. Bu zaman sərnişinlər taksilərə gedişhaqqını kartla ödəyə biləcəklər kimi informasiya yayılıb.
Gülşanə Mustafayeva
İnterpress.az