Bu haqda REAL-ın icra katibi Natiq Cəfərli məlumat verib.
O, deyib ki, məhkəmə sabah saat 12:00-a təyin olunub:
“Bu gün məhkəmədən zəng etdilər şikayətə baxışın 12 May saat 12:00-a təyin edildiyini söylədilər. İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi kimi mən məhkəmədən İlqar bəyin də iştirakının təmin edilməsini tələb etmişəm. İlqar bəy hələ də Şəkidə saxlanılır, Bakıya gətirilməsi yubadılır.
Ümid edirəm ki, sabah məhkəmədə İlqar bəyin iştirakı təmin ediləcək və o Bakıya gətiriləcək”.
Qeyd edək ki, İ.Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər.
Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib.
Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər.
Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.
T.Yaqublu sonuncu əfv sərəncamı ilə azadlığa çıxıb.(modern.az)
İnterpress.az